• Bakı C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Pezeşkian qonşu dövlətlərin liderlərinə MÜRACİƏT ETDİ

DÜNYA

04 Mart 2026 | 21:16

Pezeşkian qonşu dövlətlərin liderlərinə MÜRACİƏT ETDİ

İran ərəb ölkələrinin vasitəçiliyi ilə diplomatik vasitələrlə ABŞ ilə müharibədən yayınmağa çalışıb.

Bakıvaxtı.az  xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian sosial şəbəkədə yazıb.

O, qonşu ölkələrin rəhbərlərinə müraciət edərək bildirib:

“Hörmətli dost və qonşu ölkələrin liderləri, biz sizin köməyiniz və diplomatiya vasitəsilə müharibədən yayınmağa çalışdıq, lakin ABŞ və sionistlərin hərbi hücumu bizə özümüzü müdafiə etməkdən başqa seçim buraxmadı”.

Pezeşkian qeyd edib ki, İran qonşularının suverenliyinə hörmət edir və əmindir ki, Yaxın Şərqdə sülh bu region ölkələri tərəfindən təmin edilməlidir.


SON XƏBƏRLƏR