Böyük Britaniyanın Baş naziri Kir Starmer İran ətrafında yaranmış gərginlik fonunda bildirib ki, britaniyalıların təhlükəsizliyinin qorunması onun üçün bir nömrəli prioritetdir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilib ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyanı ABŞ və İsrailin İrana qarşı ilkin zərbələri zamanı hərbi bazalardan istifadəyə icazə verməməsinə görə tənqid etməsindən sonra səsləndirilib. Tramp Starmeri tənqid edərək onun “Uinston Çörçill olmadığını” deyib.
Kir Starmer isə hüquqi əsas və aydın plan olmadan Böyük Britaniyanın müharibəyə qoşulmasına razılıq verə bilməyəcəyini bildirib. O qeyd edib ki, Britaniya ABŞ-nin müraciətini qəbul edərək ölkədə yerləşən hərbi bazalardan yalnız İranın raket obyektlərinə qarşı müdafiə xarakterli zərbələr üçün istifadəyə icazə verib.
Qeyd edək ki, Donald Tramp Britaniyanın ilkin zərbələrdə iştirak etməməsi qərarını “şokedici” adlandıraraq ABŞ–Britaniya münasibətlərinin əvvəlki kimi olmadığını bildirib.
Bakı 




