• Bakı C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Niderlan səfiri Rusiya XİN-ə çağırıldı

DÜNYA

04 Mart 2026 | 21:50

Niderlan səfiri Rusiya XİN-ə çağırıldı

Rusiya Xarici İşlər Nazirliyi martın 4-də Niderlandın Rusiyadakı səfiri Yoanneke Balfoortu nazirliyə çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb fevral ayında Haaqada Rusiya səfirliyi qarşısında keçirilən anti-Rusiya aksiyası olub.

Rusiya XİN-in mətbuat xidmətinin məlumatına görə, səfirə 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası üzrə öhdəliklərin pozulması ilə bağlı qəti etiraz bildirilib. Nazirlik Niderland hakimiyyətini diplomatik nümayəndəliyin normal fəaliyyətinin təmin olunmasına dair beynəlxalq öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.

Bildirilib ki, 24 fevral tarixində Haaqada Rusiya səfirliyinin qarşısında keçirilən anti-Rusiya aksiyası Niderland hakimiyyətinin razılığı ilə baş tutub və hüquq-mühafizə orqanları buna müdaxilə etməyib. Rusiya tərəfinin iddiasına görə, aksiya nəticəsində səfirliyin fəaliyyəti faktiki olaraq bloklanıb.


SON XƏBƏRLƏR