Çin hakimiyyəti 2026-cı ildə müdafiə ehtiyacları üçün büdcə xərclərini 7 faiz artıraraq 1909,561 milyard yuana (təxminən 277 milyard dollar) çatdırmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə 14-cü cağırış Ümumxalq Xalq Nümayəndələri Konqresinin 4-cü sessiyasının ilk günündə dərc olunmuş layihədə bildirilib.
"Milli müdafiə xərcləri 7 faiz artımla 1,909 trilyon 561 milyon yuana çatacaq", - deyə sənəddə qeyd olunub.
Layihədə göstərilib ki, "adi xərcləri ciddi şəkildə məhdudlaşdırmaq və xarici siyasət və milli müdafiə, təhsil, elm və texnologiya xərclərini ödəmək üçün vəsaitlərin ayrılmasına, maddi resursların mərkəzi ehtiyatlarının yaradılmasına və dövlət istiqrazları üzrə kuponların ödənilməsinə prioritet vermək" lazımdır.
Bakı 




