Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
O, Tehranı Körfəz ərəb ölkələrinə hücumları dayandırmağa çağırıb.
Baş nazir vurğulayıb ki, bu cür hərəkətlər İran tərəfindən “mehriban qonşuluq niyyətini göstərmir”. Onun sözlərinə görə, onlar İranın “qonşularına zərər vermək”, “onları özlərinin olmayan müharibəyə sürükləmək” istəyini nümayiş etdirirlər.
Bakı 




