İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində beş nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, Həlak olanlardan üçü Şərqi Zautarda eyni ailənin üzvləridir, digər ikisi isə Kafur şəhərində həyatını itirib.
Məlumata görə, İsrail aviasiyası Cibşit, Yuxarı Nəbatiyyə, Telusa, Tulin Deyr Suryan və Əddis-Əbəbə şəhərlərini də bombalayıb.
Livan Səhiyyə Nazirliyi bildirir ki, 2 martdan bəri hava hücumlarında 72 nəfər öldürülüb, 437 nəfər yaralanıb.
Əli Hüseynov
Bakı 



