• Bakı C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

İranın raket anbarları məhv edildi - İsrail ordusu

DÜNYA

05 Mart 2026 | 13:38

İranın raket anbarları məhv edildi - İsrail ordusu

"İsrail ordusu Tehranın mərkəzi hissəsindəki obyektlərə zərbələr endirməyə davam edir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, artıq bir neçə raket anbarı məhv edilib.

"İsrail Müdafiə Qüvvələri rejimin raket kompleksi infrastrukturuna zərbələr endirib. Tehrandakı hədəflərdən biri İranın ballistik raketləri saxlamaq üçün istifadə etdiyi yeraltı obyekt, eləcə də təyyarələri vurmaq üçün nəzərdə tutulmuş raket anbarları olub.

Bundan əlavə, İsrail dövləti və onun vətəndaşları üçün real təhlükə yaradan bir neçə buraxılış qurğusuna zərbələr endirilib", - bəyanatda bildirilib.

İsrail ordusundan bildirilib ki, hücumlar zamanı Hərbi Hava Qüvvələrinin qırıcısı bir qrup İran hərbçisinin yerini aşkarladıqdan sonra onların hamısını öldürüb.


SON XƏBƏRLƏR

04 Mart 2026