Ermənistanın Baş naziri Nikol Paşinyan İran ətrafında və Yaxın Şərqdə yaranan gərginliklə bağlı hökumətin addımlarını açıqlayıb.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyətin ehtimalını 1-1,5 il əvvəl qiymətləndirərək Təhlükəsizlik Şurasının koordinasiyası altında işçi qrupu yaradılıb.
Paşinyan vurğulayıb ki, işçi qrupu gündəlik, saatlıq və ya aylıq olaraq vəziyyəti izləyib. O, hökumətin diqqətsiz olduğu təəssüratını rədd edib və bütün tədbirlərin əvvəlcədən planlaşdırıldığını qeyd edib.
Baş nazir əlavə edib ki, İran ətrafında baş verən hadisələrdən sonra qərarlar institusional şəkildə uzun müddət öncədən qəbul olunub.
Əli Hüseynov
Bakı 




