• Bakı C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Britaniya səfiri Naxçıvana dron hücumunu pisləyib

SİYASƏT

05 Mart 2026 | 15:42

Britaniya səfiri Naxçıvana dron hücumunu pisləyib

Bu gün iki İran dronunun Naxçıvana zərbə endirməsi tamamilə qəbuledilməzdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

“Böyük Britaniya Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən hərəkəti qətiyyətlə pisləyir. Bu çətin məqamda Azərbaycanla və zərər çəkənlərlə tam həmrəyik. Səfirlik baş verənləri yaxından izləyir”, - deyə o bildirib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.


SON XƏBƏRLƏR