• Bakı C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Azərbaycan iki ölkədən kömür tədarükünü bərpa edib

CƏMİYYƏT

05 Mart 2026 | 17:39

Azərbaycan iki ölkədən kömür tədarükünü bərpa edib

Ötən il Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 21 min 709 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 1,7 % çox, kəmiyyət olaraq – 2 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 3,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 % az) 20 min 348 ton (-8 %), Qazaxıstandan 170,5 min ABŞ dolları dəyərində 1 min 306 ton, Türkiyədən 56 min ABŞ dolları dəyərində (+5 dəfə) 55 ton (+12 dəfə) və Böyük Britaniyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton kömür alıb.

Azərbaycan 7 il 3 aylıq fasilənin ardından Qazaxıstandan və 2 il 3 aydan sonra Böyük Britaniyadan kömür tədarükünü bərpa edib.


SON XƏBƏRLƏR