Tehranın ən böyük stadionlarından biri olan “Azadi İdman Kompleksi” ABŞ və İsrail qüvvələrinin hava zərbələrinə məruz qalıb.
Bakıvaxtı.az “Tasnim”ə istinadla xəbər verir ki, bu gün səhər saatlarında endirilən raket zərbələri nəticəsində kompleksin daxilində yerləşən 12 min nəfərlik qapalı idman arenası tamamilə dağılıb.
Agentliyin yaydığı görüntülərdə arenanın bütün hissələrinin xarabalığa çevrildiyi görünür.
Xatırladaq ki, fevralın 28-dən başlayan hərbi əməliyyatların 6-cı günündə Tehranın Mehrabad hava limanı, Tehransar və Çitgar kimi bölgələri də intensiv bombardman edilib.
Bakı 







