Fars körfəzi və Hörmüz boğazında yeni bir mərhələ formalaşmaqdadır.
Bakıvaxtı.az xəbər verir ki, bu, İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin bəyanatında öz əksini tapıb.
Onun sözlərinə görə, artıq təkcə dünya ictimai rəyində və region xalqları arasında deyil, hətta ölkələrin sultanları və hakimləri üçün də aydın oldu ki, Amerikanın Fars körfəzi torpaqlarında mövcudluğu regionda ən böyük təhlükə mənbəyidir.
“Amerikanın zahirən içi boş hərbi bazaları belə öz təhlükəsizliyini təmin etmək gücündə deyil, o ki qaldı regiondakı tərəfdaşlarının və Amerikapərəst qüvvələrin təhlükəsizliyini təmin etsin”, - Xamenei vurğulayıb.
Aki Rəhbər qeyd edib ki, Fars körfəzi regionunun parlaq gələcəyi - Amerikadan uzaq, öz xalqlarının inkişafına, rahatlığına və rifahına xidmət edən bir gələcək olacaq:
“Biz Fars körfəzi və Oman dənizinin sularında yerləşən qonşularımızla eyni taleyi paylaşırıq və minlərlə kilometr uzaqdan tamahkarlıqla gəlib burada fitnə törədən yadellilərin bu bölgədə yeri yoxdur — onların yeri yalnız suların dibində ola bilər”.
Müctəba Xamenei əlavə edib ki, “müqavimət” və “güclü İran” strategiyaları sayəsində əldə olunmuş "bu qələbələr zənciri" regionda və dünyada yeni bir nizamın başlanğıcı olacaq.
Bakı 




