İran vətəndaşları Gürcüstandan Azərbaycan vasitəsilə vətənlərinə gedə bilməyəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran səfirliyi məlumat yayıb.
"Tbilisidəki Azərbaycan səfirliyi bildirib ki, lazımi icazəni almaq üçün ən azı on gün tələb olunur. Buna görə də bu marşrut mümkün deyil", - deyə İran səfirliyinin açıqlamasında bildirilir.
Diplomatik nümayəndəlik qeyd edib ki, İran vətəndaşları Ermənistan və Türkiyə vasitəsilə vətənlərinə qayıda bilərlər.
Bakı 




