İranın hava hücumundan müdafiə qüvvələri İsfahan istiqamətində uçan İsrailə məxsus kəşfiyyat pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İran HHM qüvvələri İsrail istehsalı olan “Heron” tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
Dronun İsfahan şəhərində yerləşən obyektləri hədəfə aldığı bildirilir.
Bakı 




