• Bakı 11° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb

DÜNYA

04 Aprel 2026 | 22:48

İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri İran və Livanda genişmiqyaslı hava əməliyyatı həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, eyni vaxtda həyata keçirilən zərbələr zamanı hər iki ölkədə ümumilikdə 200-dən çox hədəf vurulub.

    İranda SEPAH-a məxsus hərbi obyektlər, silah anbarları, raket istehsalı müəssisələri və hava hücumundan müdafiə sistemləri hədəf alınıb.

    Livanda isə əsasən “Hizbullah”a aid obyektlər, o cümlədən raket buraxılış qurğuları, silah anbarları və “Raduan” xüsusi qüvvələrinin komanda mərkəzləri vurulub.

    Ümumilikdə Livanda 140-dan çox hədəfə zərbə endirildiyi qeyd olunub.


    SON XƏBƏRLƏR

    04 Aprel 2026