q
  • Bakı 11° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Rusiya Ukrayna ilə atəşkəs ELAN ETDİ

DÜNYA

04 May 2026 | 21:41

Rusiya Ukrayna ilə atəşkəs ELAN ETDİ

Rusiya İkinci Dünya müharibəsində Qələbənin qeyd olunması şərəfinə 8 və 9 may tarixlərində atəşkəs elan edir.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.

"Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Vladimiroviç Putinin qərarına əsasən, Böyük Vətən müharibəsindəki Qələbənin qeyd edilməsi şərəfinə 8-9 may 2026-cı il tarixlərində atəşkəs elan edilir", - bəyanatda qeyd olunub.

Həmçinin bəyanatda bildirilib ki, Moskva atəşkəsin elan edilməsi ilə əlaqədar Kiyevin ondan nümunə götürəcəyini gözləyir.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski vurğulayıb ki, Kiyev Rusiyadan atəşkəslə bağlı rəsmi təklif almayıb.


SON XƏBƏRLƏR