Vaşinqton əvvəlcə İrana qarşı hərbi əməliyyatı başa çatdırmaq, bundan sonra isə Kuba ilə bağlı siyasətini müəyyənləşdirmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı danışıb.
Donald Tramp ABŞ dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubionun fəaliyyətini yüksək qiymətləndirib.
O, Rubionun Kuba ilə bağlı məsələdə fantastik iş görürdüyünü bildirib.
ABŞ prezidenti onu da qeyd edib ki, Vaşinqton hazırda əsas diqqətini İrana qarşı hərbi əməliyyata yönəldib.
“Əvvəlcə bu işi bitirmək istəyirik”, – deyə Tramp İranla bağlı kampaniyanı nəzərdə tutaraq qeyd edib.
Bakı 




