Argentinalı futbolçu Lionel Messi Kataloniyanın “Barselona” klubuna qayıda bilər.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolun canlı əfsanəsi öz karyerasını başa çatdırdıqdan sonra ona klubun rəhbərliyində vəzifə verilə bilər. Belə bir variantın artıq Katalon klubunda müzakirə olunduğu deyilir.
Lionel Messi “Barselona”nın yetirməsidir. O, əsas komandanın heyətində 2003-2021-ci illərdə çıxış edib. Bu müddət ərzində 835 oyunda meydana çıxan Messi 709 qol vurub.
O, “Barselona” ilə dörd dəfə Çempionlar Liqasının qalibi olub, 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu adını qazanıb, iki dəfə Amerika Kubokunu qazanıb və səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb.
Messi “Barselona”nın heyətində ümumilikdə 35 titul qazanıb, Argentina millisi ilə altı kubok əldə edib, üç titul isə ona PSJ-də təqdim olunub.
Bakı 




