• Bakı C

    8.3 m/s

  • USD - 1.7

    EUR - 2.0162

    RUB - 2.2434

Bu, “Qarabağ” üçün çox nüfuzlu matç olacaq - Beqoviç

İDMAN

26 Yanvar 2026 | 22:00

Bu, “Qarabağ” üçün çox nüfuzlu matç olacaq - Beqoviç

Bu, “Qarabağ” üçün həm çox çətin, həm də çox nüfuzlu bir matç olacaq. “Liverpul” kimi bir kluba qarşı, xüsusən də “Enfild”də oynamaq həmişə böyük sınaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri 2019/2020 mövsümündə Ağdam təmsilçisinin qapısını qoruyan, hazırda İngiltərədə Çempionşip klubu “Lester”də oynayan bosniyalı qapıçı Asmir Beqoviç Teleqraf-a müsahibəsində deyib.

“Mən yüksək templi oyun gözləyirəm. Burada “Qarabağ” taktiki cəhətdən son dərəcə intizamlı olmalı, müdafiədə diqqətini cəmləməli və topa sahib olduğu anlarda cəsarətli davranmalıdır. “Qarabağ” üçün bu, Avropa səhnəsində öz inkişafını və yetkinliyini nümayiş etdirmək üçün növbəti bir fürsətdir”, -Beqoviç bildirib.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-də saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR