"Atalanta"nın futbolçusu Daniel Maldini A Seriyasında klubunu dəyişəcək.
Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Latsio" italiyalı hücumameyilli yarımmüdafiəçinin keçidini həll edib.
Məlumata görə, paytaxt klubu 24 yaşlı hücumameyilli oyunçunu 14 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, "Atalanta" Daniel Maldinini 2025-ci ilin fevralında "Montsa"dan 13 milyon avroya transfer edib.
Bakı 




