• Bakı 22° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Qarabağ” Çempionlar Liqası ilə VİDALAŞDI - YENİLƏNİB

İDMAN

25 Fevral 2026 | 01:50 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” Çempionlar Liqası ilə VİDALAŞDI - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Sent-Ceyms Park" stadionunda İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2:3 hesabı ilə uduzub.

Ev sahiblərinin qollarını Sandro Tonali (5), Joelinton (6) və Sven Botman (52) vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamilo Duran (51) və Elvin Cəfərquliyev (57) diqqət mərkəzinə düşüblər.

İlk matçda da rəqibinə uduzan (1:6) "köhlən atlar" Çempionlar Liqası ilə vidalaşıb.

01:17

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında hesab yenidən dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda Ağdam təmsilçisi meydan sahiblərinin qapısından ikinci qolu keçirib - 3:2.

57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni geri qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev qolla tamamlayıb.

01:11

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçının ikinci hissəsində ardıcıl iki qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda əvvəlcə "Qarabağ" buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1.

51-ci dəqiqədə Kamilo Duran hesab arasındakı fərqi azaldıb. Lakin 1 dəqiqə sonra meydna sahiblərinin heyətində Sven Botman fərqlənərək yenidən komandasının hesabdakı üstünlüyünü möhkəmləndiirb - 3:1.

01:03

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahiblərinin 2:0 hesablı üstünlüyü davam edir.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.

00:47

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri fasiləyə 2:0 hesbaı ilə üstün yollanıblar.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.

 

00:09

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ikinci qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabdakı üstünlüklərini artırıblar - 2:0.

Joelinton 6-cı dəqiqədə tablonu hərəkətə gətirib.

00:06

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçında ilk qol vurulub.

Bakıvaxtı.az  xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.

5-ci dəqiqədə Sandro Tonali adını tabloya yazdırıb.

 

00:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" matçı start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma "Sent-Ceyms Park" stadionunda keçirilir.

Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR