• Bakı C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

DÜNYA

27 Dekabr 2025 | 19:52

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, mətndə qeyd olunur:

“Azərbaycan Respublikası müstəqillik qazandığı gündən bu yana ABŞ və onun tərəfdaşları üçün möhkəm müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib. Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib və müvafiq sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.

Bu baxımdan qanun layihəsinə əsasən, Azadlığa Dəstək Aktının 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır”.

Qanun layihəsi Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Luna Anna Paulina tərəfindən dekabrın 9-da Konqresə təqdim edilib.


SON XƏBƏRLƏR

26 Dekabr 2025