ABŞ-də qasırğa nəticəsində ən azı 14 nəfər həlak olub.
Bakıvaxtı.az "ABC news" telekanalına istinadən xəbər verir ki, Nyu-Yorkda 5, Tennesi ştatında 3, Luizianada 2, Kanzasda isə 1 ölüm hadisəsi qeydə alınıb.
Texas ştatında, Dallas yaxınlığında 16 yaşlı qız xizək sürərkən baş verən bədbəxt hadisə nəticəsində ölüb. Ostin rayonunda (Texas ştatı) tərk edilmiş yanacaqdoldurma məntəqəsinin parkinqində bir nəfərin meyiti tapılıb. Onun soyuqdan öldüyü ehtimal olunur.
Massaçusets ştatında bir qadın parklanma yerində qartəmizləyən maşının arxaya hərəkət edərkən ona çırpılması nəticəsində ölüb.
Bakı 




