• Bakı 12° C

    10.38 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Məmmədbəyli sakinlərinə ev açarları verildi - FOTOLAR-YENİLƏNİB

CƏMİYYƏT

28 Noyabr 2025 | 14:08

Məmmədbəyli sakinlərinə ev açarları verildi - FOTOLAR-YENİLƏNİB

Noyabrın 28-də Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç olub.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə köçürülən 177 nəfərdən ibarət 33 ailəyə mənzillərin açarları təqdim edilib.

    Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    ***

    13:32

    Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi baş tutub.

    Bu mərhələdə Məmmədbəyli kəndinə 33 ailə (177 nəfər) köçürülüb.

    ***

    08:30

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə - 177 nəfər köçürülüb.

    Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


    SON XƏBƏRLƏR