• Bakı 15° C

    16.14 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

El Pais: Portuqaliya vətəndaşlıq prosedurlarını sərtləşdirir

DÜNYA

29 Oktyabr 2025 | 17:59

El Pais: Portuqaliya vətəndaşlıq prosedurlarını sərtləşdirir

Portuqaliyanın mühafizəkar hökuməti Portuqaliya vətəndaşlığını almaq üçün tələbləri sərtləşdirəcək islahatda ifrat sağçılarla razılaşıb.

Bakıvaxtı.az "El Pais"ə istinadən xəbər verir ki, dəyişikliklər yerli vətəndaşlıq üçün ərizələrin gözləmə müddətini artıracaq, dil və mədəniyyət səviyyəsi üzrə testlər tətbiq edəcək. 

Həmçinin dəyişiklikdə Portuqaliya vətəndaşlığı üçün müraciət edənlərin dövlət yardımı almamasını tələb olunub. Onlar öz maliyyə imkanlarını nümayiş etdirməyi bacarmalıdırlar.

Bundan əlavə, cinayət törətməyə görə əlavə cəza kimi məhkəməyə əcnəbilər üçün Portuqaliya vətəndaşlığını ləğv etməyə icazə verən cinayət məcəlləsinə düzəlişlər edilir. İslahat həmçinin Sefarad yəhudilərinin Portuqaliya pasportu əldə etmələri üçün xüsusi rejimi ləğv edir. 

Lakin ifrat sağçılar ağır cinayətlərə görə mühakimə olunanların vətəndaşlığın avtomatik ləğvi ilə bağlı razılığa gələ bilməyiblər.

Gülşən Şərif


SON XƏBƏRLƏR