• Bakı 12° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

İsrail Cenin qaçqınlar düşərgəsində daha 24 evin söküləcəyini bildirib

DÜNYA

28 Noyabr 2025 | 16:46

İsrail Cenin qaçqınlar düşərgəsində daha 24 evin söküləcəyini bildirib

İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsində daha 24 fələstinli evinin söküləcəyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ev sahibləri noyabrın 25-də rəsmi şəkildə məlumatlandırılıb və söküntünün “əməliyyat ehtiyacları” adı altında həyata keçiriləcəyi bildirilib.

Qeyd edək ki, yanvarın 21-dən etibarən Cenin, Tulkərim və Nur Şəms qaçqın düşərgələrinə ardıcıl hücumlar edən İsrail ordusu minlərlə sakini zorla köçürüb.

Ümumilikdə 42 mindən çox fələstinlinin evindən çıxarıldığı bölgədə genişmiqyaslı dağıntılar davam edir.

Əli Hüseynov


SON XƏBƏRLƏR