Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermakın şəxsi telefonunda iş adamı Timur Mindiçlə bağlı korrupsiya qalmaqalı fonunda 170 yeni cinayət işinə səbəb ola biləcək yazışmalar ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu fikri Ali Radanın deputatı Aleksey Qonçarenko deyib.
"İndi ən maraqlısı Yermakın telefonunu müsadirə edib-etməyəcəkləridir", - o, teleqram kanalında yazıb.
Parlamentarin sözlərinə görə, Zelenskinin ofisinin rəhbərinin telefonu ilə hər yazışma "ayrıca cinayət işidir".
Aynur Babazadə
Bakı 



