"Venesuela Prezidenti Nikolas Maduro Türkiyədən siyasi sığınacaq ala bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
İddiaya görə, Maduro ilə Türkiyə hökuməti arasında diplomatik və iqtisadi əlaqələr uzun müddətdir davam edir. Bu yaxın əlaqələrin Venesuela liderini Türkiyəyə potensial "təhlükəsiz sığınacaq" kimi baxmağa vadar etdiyi vurğulanır.
Xəbərdə bildirilir ki, rəsmi Vaşinqton Venesuelaya təzyiqləri artırıb. Bu da Maduronun hakimiyyətdə qalmaq şanslarını xeyli azaldıb. Bəzi diplomatlar və ekspertlər Türkiyənin onun üçün "uyğun və məqbul" sığınacaq yeri olacağını düşünürlər.
Məlumata görə, Maduronun Türkiyədən sığınacaq istəməyi planlaşdırdığına dair heç bir rəsmi açıqlama yoxdur. Ağ Evdən və Türkiyədən məsələyə heç bir şərh verilməyib.
Bakı 



