• Bakı 12° C

    1.29 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Merz Orbanın Moskva səfərinə irad tutub

DÜNYA

28 Noyabr 2025 | 16:26

Merz Orbanın Moskva səfərinə irad tutub

Almaniya kansleri Fridrix Merz Macarıstanın Baş naziri Viktor Orbanın danışıqlar üçün Moskvaya səfər etməsinə fikir bildirərkən deyib ki, o, Avropa İttifaqı (Aİ) liderlərinin təsdiqi və mandatı olmadan Moskvaya gedib. 

Bakıvaxtı.az xəbər verir ki, Merz bu barədə Berlində Sloveniyanın Baş naziri Robert Qolobla birgə mətbuat konfransında bildirib.

"Viktor Orbanın mövqeyi bizə çoxdan məlumdur. Bu, onun Moskvaya ilk səfəri deyil", - deyən Merz Macarıstanın Baş nazirinin 2024-cü ildə ölkənin Avropa Şurasına sədrliyi dövründə artıq Moskvaya səfər etdiyini xatırladıb: "O, ora Avropa mandatı və ya bizim icazəmiz olmadan gedir. Ancaq burada yeni bir şey yoxdur; onun bu müharibəni bitirmək haqqında öz fikirləri var".

Aynur Babazadə


SON XƏBƏRLƏR