Rumıniyanın Braşov şəhərində ABŞ-la birgə iki tipli PUA — “Cuda” kəşfiyyat modeli və “Sirin” hücum modelinin istehsalına başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə PUA istehsal şirkəti “Carfil”in baş direktoru Mirça Petru Tanteu məlumat verib.
Qeyd olunub ki, ilkin mərhələdə “Cuda” və “Sirin” modellərinin istehsalına başlanacaq. “Sirin” modeli təxminən 15 kiloqram yaxın partlayıcı yük daşıma qabiliyyətinə malik olacaq. İl sonuna qədər zavodun 10 aparat istehsal edəcəyi gözlənilir.
Ümumilikdə zavodda yeddi tip PUA istehsal olunacaq və prototiplər artıq hazırlanma mərhələsindədir. İstehsalın maliyyə göstəriciləri hələ açıqlanmayıb.
Bakı 


