• Bakı 16° C

    18.05 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1556

Uşaq xəstəxanası artilleriya atəşinə tutuldu, yaralılar var

DÜNYA

29 Oktyabr 2025 | 14:57

Uşaq xəstəxanası artilleriya atəşinə tutuldu, yaralılar var

Bu gün Rusiya ordusunun Xerson şəhərində uşaq xəstəxanasına endirdiyi artilleriya zərbəsi nəticəsində yaralananlar var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “UNIAN“ Xerson vilayəti prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, zərbə anında binada uşaqlar, valideynlər və tibbi heyət olub.

İlkin məlumata görə, hücum nəticəsində 9 nəfər xəsarət alıb, onlardan dördü uşaq, üçü isə tibbi işçidir. Hazırda yaralıların dəqiq sayı müəyyənləşdirilir.

Prokurorluğun məlumatına görə, xəstəxananın binasına ciddi ziyan dəyib, partlayışın yaratdığı dalğa yaxınlıqdakı digər tikililərə də zərər vurub.


SON XƏBƏRLƏR