• Bakı C

    19.11 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

Mahirin qalmaqallı "like"ı - Foto

İDMAN

29 Oktyabr 2025 | 11:19

Mahirin qalmaqallı likeı - Foto

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan yığmasının forvardı Mahir Emreli qalmaqalla gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, o, komandasının buraxdığı qolu “like” etməklə azarkeşlərin hədəfinə çevrilib. 

Belə ki, ikinci Bundesliqanın son turunda Mahirin hazırkı komandası “Kayzerslautern” onun keçmiş klubu “Nürnberq”lə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan matçda Emrelinin sabiq komanda yoldaşı Robin Knohe penaltidən qol vurub. O, qolunu sosial şəbəkə hesabında paylaşıb və Mahir də həmin paylaşımı bəyənib. 

Bununla da millimizin forvardı həm medianın, həm də azarkeşləri tənqid hədəfinə çevrilib. 


SON XƏBƏRLƏR

03 Fevral 2026