• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

David Luiz Pepedən sonra ikinci oldu

İDMAN

28 Noyabr 2025 | 01:42 | Müəllif: Subhan Mahmudov

David Luiz Pepedən sonra ikinci oldu

Kiprin “Pafos” klubunun müdafiəçisi David Luiz Çempionlar Liqasının 5-ci turunda “Monako” ilə oyunda yeni rekorda imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 38 yaşlı braziliyalı futbolçu 2:2 hesabı ilə yekunlaşan matçın ilk hissəsində rəqib qapısına yol tapmağı bacarıb. Bununla da o, turnir tarixinin ən yaşlı ikinci qol müəllifi olub. Bu göstəricidə rekord göstərici isə 40 yaşında qol vuran portuqaliyalı Pepeyə məxsusdur.

Qeyd edək ki, David Luiz daha əvvəl PSJ və “Çelsi” kimi klublarda çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026