“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopez sıradan çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çempionlar Liqasının 5-ci turunda “Çelsi” ilə oyunda zədələnən 22 yaşlı futbolçunun sağ ayaq əzələsində problem aşkarlanıb. Matçın 62-ci dəqiqəsində əvəzlənən oyunçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxan gənc futbolçu 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakı 



