• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

"Sabah" 3 futbolçusu ilə vidalaşa bilər - ADLAR

İDMAN

26 Dekabr 2025 | 18:21

Sabah 3 futbolçusu ilə vidalaşa bilər - ADLAR

Misli Premyer Liqasının lideri "Sabah" gələn ay 3 futbolçusu ilə vidalaşa bilər.

Bakıvaxtı.az fanat-a istinadən xəbər verir ki, bunlar Ayaz Quliyev, Neqoş Kupusoviç və Boyan Letiçdir. 

Baş məşqçi Valdas Dambrauskasın əsas heyət üzvü gözü ilə baxmadığı, nadir hallarda forma şansı verdiyi Ayazla zədə səbəbindən adı çempionatın iştirak ərizəsinə salınmayan bosniyalı oyunçu Kupusoviçin müqavilələri cari mövsümün sonunda başa çatacaq. Sifariş edilməyən digər legioner - Letiçlə sözləşmə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Onların hər birinə özlərinə yeni iş yeri tapmaları tövsiyyə olunub.


SON XƏBƏRLƏR