• Bakı C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Mustafazadəyə təkliflər var - Qurbanov təsdiqlədi

İDMAN

24 Yanvar 2026 | 18:59

Mustafazadəyə təkliflər var - Qurbanov təsdiqlədi

“Bəhlulla maraqlananlar var. Tək onunla yox, bir neçə futbolçu ilə maraqlananlar var. Danışıqlar gedir. Hələ ki, fikrimizi “Liverpul”la oyuna kökləmişik”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”ə 0:2 hesabı ilə uduzduqdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Bəhlul Mustafazadəyə Çin klublarından təklif olunması ilə bağlı iddiaları təsdiqləyib.

“Rəqib yaxşı mübarizə apardı və layiqli qələbə üazandılar. Deyəcək bir söz yoxdur. Alınmayanda alınmır. Çempionatın ikinci yarısına belə başlamaq istəməzdik. Buradan bəllidir ki, bizim üçün çətin olacaq”.

Baş məşqçi yeni transferlərlə bağlı danışıqların davam etdiyini qeyd edib: “Transferlərlə bağlı danışıqlar gedir. Mütləq şəkildə heyəti gücləndirmək lazımdır. Ümumi komandalar inamlı olurlar”./Teleqraf 


SON XƏBƏRLƏR