Azərbaycan gimnastları Tofiq Əliyev və Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunda uğurlu çıxış ediblər.
Bakıvaxtı.az xəbər verir ki, tamblinqçilərin hər ikisi medal qazanıblar.
Tofiq Əliyev gümüş, Mixail Malkin qızıl mükafata sahib çıxıb.
Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatacaq. Daha əvvəl batutçu Selcan Mahsudova da gümüş medala yiyələnib.
***14:14
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, idmançı fərdi mübarizədə 56.440 xal toplayaraq ikinci yerə layiq görülüb.
Qeyd edək ki, 6 ölkədən 66 gimnastın iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.
Bakı 




