Xəbər verdiyimiz kimi, bu gün Misli Premyer Liqasının XXI turunda “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Şamaxı”nı qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov maraqlı iddia ilə çıxış edib.
O bildirib ki, Quba Olimpiya İdman Kompleksinin stadionunun qapıları normadan 11 sm hündür imiş:
“Bu stadiona xeyrimiz oldu. Əvvəl bu stadionun qapıları normadan 11 sm hündür idi. Bu gün onu düzəltdilər”.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İmişli”yə 1:0 hesab ilə qalib gəldikləri matçdan sonra meydançanın durumundan narazılığını bildirib. O, Quba Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyündə futbol oynamağa necə icazə verildiyini anlamadığını deyib.
Bakı 




