Güləş üzrə Azərbaycan çempionatları Gəncədə baş tutacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildiriblər.
Məlumata əsasən, yarışlar Gəncə İdman Sarayında təşkil ediləcək güləş festivalı çərçivəsində keçiriləcək. Fevralın 3–7-də yunan-Roma və sərbəst güləş üzrə U-20 ölkə çempionatı, ardınca qadın güləşi üzrə U-15 və U-17 yaş qruplarında birincilik, fevralın 9–13-də isə yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək.
11 gün davam edəcək turnirlər Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq. Görüşlərdə yerli hakimlərlə yanaşı, xaricdən dəvət olunmuş ən yüksək (I-S) kateqoriyalı referilər də iştirak edəcəklər.
Çempionatların nəticələrinə əsasən, ilk üç yeri tutan idmançılar müvafiq yaş qrupları üzrə milli komandaların heyətinə cəlb ediləcəklər.
Qeyd edək ki, U-20 Azərbaycan çempionatının açılış mərasimi fevralın 3-də, U-17 yaş qrupu üzrə açılış isə fevralın 9-da keçiriləcək. Gəncə İdman Sarayı ötən il də güləş üzrə U-15 ölkə birinciliyinə ev sahibliyi edib.
Bakı 




