• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Osimhen “Fənərbağça” ilə derbi matçında oynayacaq

İDMAN

27 Noyabr 2025 | 18:17 | Müəllif: Subhan Mahmudov

Osimhen “Fənərbağça” ilə derbi matçında oynayacaq

Türkiyənin “Qalatasaray” komandasının futbolçusu Viktor Osimhen Superliqanın XIV turunda “Fənərbağça” ilə keçiriləcək derbidə meydana çıxa biləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin prezidenti Dursun Özbək məlumat verib.

“Osimhen bazar ertəsi, yəqin ki, heyətdə olacaq. Hədəfimiz də budur. Zədədən qayıdan digər futbolçularımız da böyük ehtimalla heyətdə yer alacaqlar. Meydana yaxşı heyətlə çıxacağıq”, - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, dekabrın 1-də “Şükrü Saracoğlu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İstanbul derbisini Yasin Kol idarə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026