Misli Premyer Liqasında XIII tura start veriləcək.
Bakıvaxtı.az xəbər verir ki, açılış qarşılaşmasında “Kəpəz” “Zirə” ilə üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək.
Qeyd edək ki, "Kəpəz" klubu 6 xalla onuncu, Zirə təmsilçisi isə 23 xalla ikinci pillədə qərarlaşıb.
Daha sonra “Neftçi” “Turan"nın qonağı olacaq. Matç saat 18:30-da başlayacaq.
"Neftçi" klubu 15 xalla səkkizinci, "Turan" komandası isə 23 xalla üçüncü sıradadır.
Premyer Liqanın XIII turuna noyabrın 30-u yekun vurulacaq.
Bakı 



