• Bakı 11° C

    2.23 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

“Fənərbaxça” evdə “Ferentsvaroş”la heç-heçə etdi

İDMAN

28 Noyabr 2025 | 00:38

“Fənərbaxça” evdə “Ferentsvaroş”la heç-heçə etdi

UEFA Avropa Liqasının 5-ci turunda “Fənərbaxça” doğma meydanda Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, gərgin keçən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qonaqlar 66-cı dəqiqədə Barnabaş Varqanın baş zərbəsi ilə hesabı açıb. Cəmi 3 dəqiqə sonra Talişka “Fənərbaxça”nın cavab qolunu vuraraq tarazlığı bərpa edib.

İstanbul təmsilçisi 79-cu dəqiqədə qələbə qoluna yaxın olsa da, Neninin zərbəsi dirəkdən qayıdıb. 90+2-ci dəqiqədə isə Con Duran birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu nəticə ilə “sarı-lacivərdlilər”in xalı 8-ə, “Ferentsvaroş”un isə 11-ə yüksəlib. Türkiyə klubu növbəti turda Norveçdə “Brann”la qarşılaşacaq


SON XƏBƏRLƏR

27 Noyabr 2025