• Bakı 17° C

    17.22 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

“Araz-Naxçıvan” Çempionlar Liqasında ilk oyununa çıxır

İDMAN

29 Oktyabr 2025 | 10:37

“Araz-Naxçıvan” Çempionlar Liqasında ilk oyununa çıxır

Bu gün Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası 7-ci qrupda "Yunayted Qalati" (Rumıniya) ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti sabah “Differdanje 03” ilə, noyabrın 1-də isə “Tigers Roermond” ilə üz-üzə gələcək.

29 oktyabr

22:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya)

Hakimlər: Aslan Qalayev (Qazaxıstan), Valentin Kiuplea (Uels), İrmantas Kapraşovas (Litva)
Timekiper: Laurentiu Deakonu (Rumıniya)
Hakim-inspektor: Nebojsa Paniç (Serbiya)
UEFA nümayəndəsi: Miodraq Raduloviç (Monteneqro)
Sala Sporturilor Dunarea.


SON XƏBƏRLƏR

28 Oktyabr 2025