Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Azərbaycanda konstitusion düzən, milli birlik formalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında Pakistan İslam Respublikası Senatının sədri Syed Yusuf Raza Gilani deyib.
Syed Yusuf Raza Gilani bildirib ki, hazırda mürəkkəb çağırışların olduğu dünyada yaşayırıq:
“İinsanların, xalqların birliyini və ədaləti təmin etməliyik. Dövlətlərdə səlahiyyətli orqanlar mütləq şəkildə insanlar qarşısında cavabdeh olmalıdır. Onların məqsədi müstəqilliyi qorumaq və əlaqələri gücləndirməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Azərbaycanda konstitusion düzən, milli birlik formalaşıb və Azərbaycanın tərəqqisinə gətirib çıxarıb. Ərazi bütövlüyünə əsaslanan cəmiyyətin qurulmasının banisi məhz Heydər Əliyev olub. İlham Əliyevin məhz bu ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi dəyərlərə sadiqliyin nümunəsidir”.
Pakistan İslam Respublikası Senatının sədri qeyd edib ki, bu gün suverenlik sınaqlarla üz-üzədir: “Qlobal böhranlar bütün dünyada yayılmaqda və həmçinin yeni çağırışlar etməkdədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə addım ataq. Azərbaycan, Pakistan və Türkiyə - 3 dövlət, bir millətik!”.
Bakı 


