Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Jurnalistlər Birliyinin yaradılması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
O qeyd edib ki, bu gün təşkilat 55 sahədə fəaliyyət göstərir:
"Azərbaycan Prezidenti İlham Əliyevin "Türk dünyası ailəmizdir, ondan başqa ailəmiz yoxdur" sözləri fəaliyyətimiz üçün yeni bir cığır açıb. Bizim qarşımızda fürsətlərlə yanaşı, texnologiyanın inkişafı ilə əlaqədar təhdidlər də yaranıb, bunlar yalan xəbərlərdir. Son illər biz TDT çərçivəsində dezinformasiya ilə mübarizə yolunda müfəssəl əməkdaşlığa nail olmuşuq. Bu, KİV-lər, telekanallar arasında əlaqələndirmə qrupunun yaradılmasından ibarətdir".
Ö.Kocaman əlavə edib ki, TDT-nin görünüşü yenilənib:
"2025-2027-ci illərə nəzər saldıqda biz məlumat və xəbərlər mübadiləsi sahəsində əlaqələndirici mərkəz kimi çıxış edəcəyik. Hazırda bizim üçün əsas məsələlərdən biri TDT çərçivəsində Jurnalistlər Birliyinin yaradılmasıdır".
Bakı 



