• Bakı 19° C

    17.22 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Tarixi və müasir perspektiv: Prezidentin region səfərlərinin məqsədi

SİYASƏT

29 Oktyabr 2025 | 12:01

Tarixi və müasir perspektiv: Prezidentin region səfərlərinin məqsədi

Azərbaycanın inkişaf yolunda atdığı addımlar həm tarixi, həm də müasir reallıqlardan qaynaqlanır. Ölkəmiz coğrafi mövqeyi, zəngin təbii sərvətləri və dinamik gənc əhalisi ilə regionda strateji əhəmiyyətə malikdir. Bu baxımdan sosial-iqtisadi inkişaf yalnız iqtisadi göstəricilərlə ölçülmür, eyni zamanda vətəndaş rifahının yüksəldilməsi, iş yerlərinin yaradılması, infrastrukturun müasirləşdirilməsi və regionlarda dayanıqlı inkişafın təmin edilməsi kimi amilləri də əhatə edir.

Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən layihələr və proqramlar dövlətin ölkə vətəndaşına verdiyi önəmin göstəricisidir. Hər bir regionun özünəməxsus potensialı və inkişaf imkanları vardır və bu imkanlardan səmərəli istifadə həm ölkənin ümumi sosial-iqtisadi vəziyyətini, həm də insanların gündəlik həyat keyfiyyətini yüksəldir.

Eyni zamanda, qlobal və regional geosiyasi dəyişikliklər fonunda Azərbaycanın strateji mövqeyi, iqtisadiyyatı və sosial siyasəti bir-birini tamamlayaraq ölkəni daha dayanıqlı və rəqabətqabiliyyətli edir. Bu kontekstdə regionlarda aparılan infrastruktur işləri, iqtisadi layihələr və sosial təşəbbüslər yalnız yerli əhalinin rifahını artırmaqla kifayətlənmir, eyni zamanda Azərbaycanın dayanıqlı və inkluziv inkişaf strategiyasının tərkib hissəsinə çevrilir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, prezidentin regionların və bütövlükdə sosial-iqtisadi inkişafının təşkili ilə bağlı siyasi yanaşması müəyyən dövrlərdə müəyyən istiqamətlər üzrə davam edib: 

"Lakin 2020-ci ildən sonra müzəffər Ali Baş Komandanın sosial və iqtisadi inkişafla bağlı yeni bir paradiqma formalaşıb və tətbiq olunub. Qeyd etmək lazımdır ki, bu yanaşma Azərbaycan Vətən Müharibəsində əldə olunan zəfərə əsaslanır və xüsusilə azad edilmiş torpaqlarda aparılan tikinti və bərpa işləri ilə bağlıdır".

Zahid Oruc: yni zamanda, regionlarda yeni iş yerlərinin açılmasına yönəlmiş addımların intensivləşdirilməsi də diqqət mərkəzindədir

Onun sözlərinə görə, 100 mindən artıq insanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına qayıdıb yaşaması bu ərazilərin inkişafının prioritet hədəfləri sırasına daxil edilib: 

"Şübhə yoxdur ki, cənab Prezidentin regionlara səfərlərinin əsas məqsədi dövlət-vətəndaş münasibətlərini yüksək səviyyədə saxlamaqdır. Eyni zamanda, regionlarda yeni iş yerlərinin açılmasına yönəlmiş addımların intensivləşdirilməsi də diqqət mərkəzindədir".

Müsahibimiz onu da əlavə edib ki, xüsusilə nəzərə alınmalı nüans Azərbaycanın suverenliyini yenidən bərpa etməsidir: 

"Bu səbəbdən sərhəd bölgələrinin sosial-iqtisadi inkişafı milli təhlükəsizliyin mühüm tərkib hissəsi kimi ön plana çıxır. Eyni zamanda, qonşu ölkələrdə siyasi gərginliyin və daxili qarşıdurmaların davam etdiyi bir dönəmdə Azərbaycanın inkişaf edən iqtisadiyyatı, müasir infrastruktur layihələri və yeni sosial profilli vətəndaşı ilə uyumu, qalib vətəndaş obrazının tələblərinə cavab verməsi diqqət çəkir. Bu amillər cənab Prezidentin xalqla görüşlərində səsləndirdiyi əsas mesajlarda da açıq şəkildə öz əksini tapır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

28 Oktyabr 2025