• Bakı 19° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Azərbaycan-Türkiyə müttəfiqliyi bundan sonra da inkişaf edəcək - Ceyhun Bayramov

SİYASƏT

29 Oktyabr 2025 | 08:19

Azərbaycan-Türkiyə müttəfiqliyi bundan sonra da inkişaf edəcək - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.

Bakıvaxtı.az-ın məlumatına görə, nazirin "X" sosial şəbəkəsində etdiyi paylaşımda deyilir:

"29 Oktyabr – Türkiyə Respublikasının qurulmasının qeyd olunduğu Respublika Günü münasibətilə qardaş və dost Türkiyəni ürəkdən təbrik edirəm.

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir.

Əminəm ki, ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram.

Respublika Günün mübarək!"

 

 


SON XƏBƏRLƏR

28 Oktyabr 2025