• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Azərbaycan Aİ ilə Zəngəzur dəhlizi müzakirə edib

CƏMİYYƏT

29 Yanvar 2026 | 17:18

Azərbaycan Aİ ilə Zəngəzur dəhlizi müzakirə edib

Azərbaycanla Avropa İttifaqı arasında Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması ətrafında fikir mübadiləsi aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Can Kupman ilə görüş keçirdik. Görüşdə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılması ilə bağlı məsələləri müzakirə etdik. Süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışdıq. Eyni zamanda Azərbaycanın Aİ-nin "Horizon Europe" proqramı çərçivəsində layihələrdə iştirakı imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib.

R.Nəbiyev, tərəflərin həmçinin Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardığını diqqətə çatdırıb.


SON XƏBƏRLƏR