• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb

CƏMİYYƏT

28 Fevral 2026 | 13:42 | Müəllif: Subhan Mahmudov

Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb

Ötən il Azərbaycan təxminən 23 ton (23006 kq) qurbağa ayağı ixrac edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Trend”ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, 2025-ci il ərzində Azərbaycanda istehsal olunan qurbağa ayaqları ümumilikdə 3 ölkəyə ixrac edilib.

“Qurbağa əti Azərbaycandan İtaliyaya (18 032 kq), Fransaya (4 808 kq) və İspaniyaya (166 kq) ixrac olunub. Qurbağa əti ölkəmizdə Avropa İttifaqında qeydiyyatda olan 2 müəssisə tərəfindən ixrac olunur”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü ildə də Azərbaycan təxminən 20 tona yaxın qurbağa əti ixrac edib. İxrac olunan qurbağa ayaqları Salyan rayonu, Şorsulu kəndində “AZARIFROG” MMC və Masallı rayonu, Qızılağac kəndində “Az Fish and Frog” MMC qurbağa emalı müəssisələrində yetişdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026