Bakı-Qazax magistral yolunun Navahı-Atbulaq qəsəbələri ərazisinə düşən hissəsində yağış suları yolları sıradan çıxarıb.
Bakıvaxtı.az-ın əməkdaşı məlumat verir ki, yolda əmələ gələn çoxlu sayda böyük çuxurlar Bakı istiqamətində hərəkət edən avtomobillərin şinlərini sıradan çıxarır.
Hətta bu hal ağır qəzalara səbəb olur.
Sürücülər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə dəfələrlə müraciət etdiklərini desələr də, şikayətlərinə məhəl qoyulmadığını bildirirlər.
Ərazidən görüntüləri təqdim edirik.
Aydın Baxış
Bakı 




